“Rusiya tərəfi Çernobıl Atom Elektrik Stansiyasında birgə təhlükəsizliklə bağlı Ukrayna hərbçiləri ilə razılığa gəlib”.
SİTAT.İNFO xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bugünkü brifinqdə söyləyib.
"Rusiya hərbçiləri Çernobıl AES-in təhlükəsizliyinə zərər vurmayacaq şəkildə nəzarəti ələ keçiriblər. Stansiyanın mühafizə batalyonunun Ukrayna bölməsinin hərbi personalı ilə onun enerji bloklarının və sarkofaqın birgə təhlükəsizliyinə dair razılıq əldə olunub", - Zaxarova brifinqdə bildirib.