Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağcabədidə vətəndaşları qəbul edib.
Sitat.info xəbər verir ki, qəbulda Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının sakinləri iştirak ediblər.
Vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.