Belçika ukraynalı pilotlara "F-16" təlimləri verməyi planlayır

17:21 17 May 2023

Belçika Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın pilotlarına "F-16"ları idarə edə bilmələri üçün təlim keçməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, Belçika mətbuatında yer alan məlumata görə, Fransa və İngiltərədən sonra Belçika da ukraynalı pilotlara döyüş təyyarəsi təlimi vermək niyyətində olduğunu açıqlayıb.

Bildirilib ki, Belçika hökuməti təlimlərin təşkili ilə bağlı digər Qərb dövlətləri ilə məsləhətləşəcək.

Ukrayna uzun müddətdir ki, Qərb ölkələrindən qırıcı təyyarələr tədarük etməyi xahiş edir. Ukraynaya tank, top və zirehli texnika kimi müxtəlif ağır silahlar tədarük edilsə də, Qərb ölkələri hələlik döyüş təyyarələrinin alınmasına qərar verməyib. İyulun 11-12-də Litvada keçiriləcək NATO-nun Sammitində məsələnin gündəmdə olacağı gözlənilir.

Belçikanın əlində az sayda F-16 təyyarəsi olduğu, bu mərhələdə Ukraynaya yalnız təlim verilə biləcəyi, döyüş təyyarələrinin tədarükündən söhbət getmədiyi bildirilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti