Türkiyə ilə Almaniya arasında gərginlik: Almaniyanın Ankaradakı səfiri XİN-ə çağrıldı...

17:29 17 May 2023

 Almaniyanın Ankaradakı səfiri Yurgen Şuls “Sabah” qəzetinin Frankfurt büro nümayəndələrinin saxlanılması ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, Türkiyə XİN-dən verilən  açıqlamada bu  haqda məlumat verilir.

“Məsələ ilə bağlı Almaniya il lazımi danışıqlar aparıldı. Bu gün Nazirliyimizə çağırılan Almaniyanın Ankaradakı səfirinə sərt reaksiyamız çatdırıldı”.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Almaniyanın Ankaradakı səfiri “Sabah” qəzetinin Almaniya təmsilçisi İsmail Erel və “Sabah Avrupa” qəzetinin baş redaktoru Cəmil Albayın saxlanılması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyi “Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin Almaniya polisi tərəfindən saxlanılmasını kəskin şəkildə pisləyib.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlama belədir: "Bu gün (17 may) “Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin Almaniya polisi tərəfindən əsassız olaraq saxlanılması Türkiyə mətbuatına qarşı təqib və hədə-qorxu aktıdır. Biz bu iyrənc hərəkəti qətiyyətlə pisləyirik. Terror təşkilatı FETÖ-nün Almaniyadakı fəaliyyətləri ilə bağlı xəbər yaydıqları üçün, FETÖ-çüyə qarşı saxta ittihamlarla hədəf alınan jurnalistlərin dərhal azadlığa buraxılmasını gözləyirik. Uğurlu prezident seçkilərinin birinci turu və 28-ci dönəm parlament seçkilərindən dərhal sonra Almaniya hakimiyyətinin yuxarıda adı çəkilən mətbuat nümayəndələrini hətta ifadə verməyə dəvət etmədən birbaşa həbs etməsini düşünülmüş hərəkət hesab edirik".

Nərgiz,

Sitat.info



Xəbər xətti