Rusiya 2007-ci ildə elan etdiyi, Avropa ilə qarşılıqlı sərhədlərdə qoşun toplamamaq qərarını əks etdirən sazişdən çıxmaq qərarına gəlib. Moskva bu qərarı NATO-nun sərhədlərini genişləndirməsi səbəbindən verdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Rusiya Parlamentinin Aşağı Palatası yekdilliklə Avropada Silahlı Qüvvələr haqqında Konvensiyadan rəsmən çıxmaq barədə qərar qəbul edib.
Moskvanın müqavilədə iştirakını dayandırmasından 16 il sonra rusiyalı deputatlar Soyuq Müharibə dövrünün əsas təhlükəsizlik müqaviləsindən rəsmən çıxmağa səs veriblər.
Səsvermə prezident Vladimir Putinin müqaviləni “qınayan” qanun layihəsini təqdim etməsindən bir həftə sonra baş tutub.
Xarici işlər nazirinin müavini Sergey Ryabkov da bildirib ki, geri çəkilmə prosesini başa çatdırmaq üçün təxminən altı ay vaxt lazımdır.
Ryabkov iddia edib ki, NATO ölkələri alyansın Mərkəzi və Şərqi Avropaya genişlənməsinə icazə verib və bu, Rusiyanın müqavilədə qalmasını "mümkünsüz" edib.
Nərgiz,
Sitat.info