Türkiyə prezidenti, Cümhur İttifaqının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan seçkilərin II turundan danışıb.
Sitat.info xəbər verib ki, o, AKP-dən yeni seçilən deputatları təbrik edib.
"Bəzi dostlarımız öz vəzifələrini davam etdirəcək, biz də digərləri ilə işləməyə davam edəcəyik. Yeni seçilən və təkrar seçilən deputatlarımızı təbrik edirik. Mayın 14-də dünyaya nümunə olacaq demokratiya sınağı verdik. Milli iradənin seçki qutusunda ən sağlam şəkildə əksini tapması üçün səmimi səylərlə çalışan dostlarıma minnətdarlığımı bildirirəm.
Bölgə rəhbərlərini, seçki məntəqəsi komissiyalarının üzvlərini, müşahidəçiləri, bizimlə birlikdə prosesi idarə edənləri təbrik edirəm. İnşallah mayın 28-də də eyni səyi göstərərək demokratiyanı taclandıracağıq. Biz bu məsələni yekunlaşdırana qədər işimiz fasiləsiz, zərrə qədər də arxayınlaşmadan davam edəcək. Möhkəm dayanmasanız, qarşı tərəf bu yaramaz və faşist davranışı ilə seçki qutuların üstünə çökə bilərlər".