Ukraynanı işğal üçün hücuma keçdiyi gündən bəri Rusiyanın ümumi canlı döyüş itkiləri təxminən 14 min nəfər təşkil edib.
SİTAT.İNFO Musavat.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib. “Fevralın 24-dən martın 17-dək düşmənin ümumi döyüş itkiləri təqribən 14.000 nəfər olub”, açıqlamada deyilir.
O cümlədən tanklar - 444 ədəd, zirehli döyüş maşınları - 1435 ədəd, artilleriya sistemləri - 201 ədəd, MLRS - 72 ədəd, hava hücumundan müdafiə sistemləri - 43 ədəd, təyyarələr - 86 ədəd, helikopterlər - 108 ədəd, nəqliyyat vasitələri - 864 ədəd, gəmilər -3 ədəd bölmələr, yanacaq-sürtkü materialları olan çənlər - 60, əməliyyat-taktiki səviyyəli PUA-lar - 11, xüsusi texnika – 10 ədəd məhv edilib.