Əfqanıstanın ABŞ-dakı səfirliyi bağlanıb

15:15 17 Mart 2022

Əfqanıstanın Vaşinqtondakı səfirliyi, Nyu York və Los Ancelesdəki konsulluqları maliyyə çatışmazlığı səbəbindən bağlanıb.

SİTAT.İNFO AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “Pajhwok” xəbər agentliyi Əfqanıstanın ABŞ-dakı səfirliyinin bəyanatına istinadən məlumat yayıb. Əfqanıstan səfirliyinin bəyanatında deyilir ki, Əfqanıstan diplomatik missiyaları ABŞ administrasiyası tərəfindən onların bank hesablarının dondurulması səbəbindən gündəlik fəaliyyətlərində artan problemlərlə və kəskin maliyyə çətinlikləri ilə üzləşirlər.

Diplomatik nümayəndəlik ABŞ Dövlət Departamentindən kömək istəyib və Vyana Konvensiyasına uyğun olaraq səfirliyin və digər diplomatik nümayəndəliklərin təhlükəsizliyinə görə məsuliyyətin ABŞ administrasiyasına verilməsini təklif etdiyini qeyd edib. Açıqlamaya görə, diplomatik fəaliyyətin dayandırılması və əmlakın təhlükəsizliyinə görə məsuliyyətin ABŞ Dövlət Departamentinə verilməsi martın 16-dan qüvvəyə minib.



Xəbər xətti