Conson Makronu "Putinin yaltağı" adlandırdı: Vurub sifətini dağıdaram

17:05 18 May 2023

Böyük Britaniyanın baş naziri Boris Consonun keçmiş mətbuat katibi Quto Harri bildirib ki, siyasətçi Fransa prezidenti Emmanuel Makronu “sifətini vurub dağıtmaqla” hədələyib və onu Rusiya prezidenti Vladimir Putinin “yaltaq iti” adlandırıb.

Sitat.info xəbər verir ki, o, bu barədə LBC radiosunun efirində məlumat verib.

"O vaxt Britaniya mətbuatı hökumətin qaçqınlarla bağlı hərəkətlərinə sərt reaksiya verəndə, Makron birbaşa Borisi tənqid etdi. Onun dedikləri odun üstünə yağ tökdü. “Guardian” isə Makronun sözlərini manşetə çıxardı. Bu da Consonu qəzəbləndirdi və Makrona sərt cavab verdi", - deyə sabiq mətbut katibi bildirib.



Xəbər xətti