Dövlət Baxçalı zəlzələ qurbanlarını təhqir edənlərə cavab verdi: "Bu bağışlanmazdır, biabırçılıqdır"

18:26 18 May 2023

MHP lideri Dövlət Baxçalı zəlzələ qurbanlarını təhqir edənlərə reaksiya verib.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Baxçalı bunu  bağışlanmaz səhv adlandırıb: "Türkiyənin böhrana yox, qucaqlamağa ehtiyacı var. Türk millətinin qütbləşmə ilə keçirəcək bir saniyəsi yoxdur. Bu səbəbdən 85 milyon türk vətəndaşımızın bir ürək olmasının vaxtıdır. Respublika hər kəsindir, əslində hamı Türkiyə ilə bərabərdir".

MHP sədri xalqı təhqir edənləri vandalizmə xidmət etməkdə günahlandırıb: "Təəssüflər olsun ki, demokratiyada sözünü deməyənlərin millətimizin  seçki qutusunda təcəlli edən  iradəsini təhqir etməsi, xüsusilə zəlzələdən əziyyət çəkən vətəndaşlarımızı söyməsi bağışlanmaz biabırçılıqdır. Belə vandalizmə göz yummaq mümkün deyil”. 

Nərgiz,

Sitat.info



Xəbər xətti