ABŞ Prezidenti Co Bayden administrasiyası son həftələr avropalı müttəfiqlərinə siqnallar göndərir ki, F-16 qırıcılarının Ukraynaya tədarükünə mane olmayacaq.
Sitat.info axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.
Kanalın məlumatına görə, Ağ Ev Konqres üzvləri və müttəfiqləri tərəfindən döyüş təyyarələri ilə bağlı təzyiq altındadır:
“Rəsmilər bildiriblər ki, ABŞ öz F-16-larını Kiyevə göndərməsə belə, müttəfiqlər bunu istəsələr, administrasiya Ukraynaya təyyarə tədarükünü təsdiqləməyə hazırdır”.
Qeyd olunub ki, F-16-ların tədarükü ilə bağlı hələlik heç bir Avropa ölkəsindən sorğu göndərilməyib.