Məşhur türk müğənni tərki-dünya oldu

12:30 19 May 2023

Məşhur müğənni Serdar Ortaç bir neçə ay əvvəl vəfat edən qardaşının ölümündən sonra tamamilə evinə qapanıb.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, ulduz çəkdiyi videolarda "Həyat qısadır, artıq heç nəyə görə narahat olmuram" deyərək həyat fəlsəfəsini bölüşür, həm də gənclərə məsləhətlər verir.

“Heç kimi incitməyin, böyük iddialardan yapışmayın, sizi sevənlərə bərk-bərk sarılın. Pul və şöhrət gəlir və gedir, qalan dostluqdur. Həyat qısadır, heç nəyə görə narahat olmayın! Keçmiş qumarbaz kimi deyirəm ki, heç vaxt bu xəstəliyə bulaşmayın!”, - Ortaç videolarında pərəstişkarlarına tövsiyə edib.

 



Xəbər xətti