Avropa Şurasının prezidenti Çarlz Mişel G7 ölkələrinin liderlərinin sammitində F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi imkanının nəzərdən keçiriləcəyini bildirib.
Sitat.info xəbər verir ki. Mişel bunu mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 liderlərinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) sammiti başlamazdan əvvəl mətbuat konfransında açıqlayıb.
"Bu gün bizim Co Bayden və G7-nin digər üzvləri ilə bu mövzunu müzakirə etmək imkanımız var. Biz əlavə dəstək səviyyəsini qiymətləndirəcəyik", - Mişel bildirib.
Mişelin qeyd edib ki, Ukraynanın daha çox hərbi texnikaya ehtiyacı olduğu çox aydındır. Onun sözlərinə görə, Aİ sursat istehsalının səviyyəsini artırmaq üçün yeni sistem yaratmaq qərarına gəlib.
"Biz səylərimizi sürətləndirməliyik. Qırıcılara pilotların hazırlanmasına başlamaq üçün bəzi ölkələr koalisiya elan edib. Bu gün ABŞ və digər tərəfdaşlarla bu mövzunu müzakirə edəcəyik", - Mişel bildirib.
Nərgiz,
Sitat.info