"Vətəndaş müharibəsi törədin" əmri verilib - Xaçatryan

15:05 19 May 2023

Görünür, hansısa qüvvələrə Ermənistanda vətəndaş müharibəsi törətmək əmri verilib.

Sitat.info xəbər verir ki, bunu mayın 19-da jurnalistlərə müsahibəsində Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Vigen Xaçatryan deyib.

"Mən görürəm. Mən bu insanları yaxşı tanıyıram, çoxdan tanıyıram. Bu adamlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə hazırdırlar: qan tökürlər, vururlar, çevriliş edirlər”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, həlak olan hərbçilərin valideynlərinə diqqətli yanaşmaq lazımdır. Xaçatryan bu valideynlərin hisslərindən siyasi məqsədlər üçün istifadə edilməsini yolverilməz adlandırıb:

“Heç bir uşaq valideynlərinin hərəkətlərinə görə cavabdeh olmamalıdır. İstənilən vətəndaşın hakimiyyətin hərəkətindən narazılığını bildirmək hüququ var, lakin qisas çağırışları yaxşılığa aparmayacaq. Belə məqamlarda hər zaman mütləq vəziyyəti gərginləşdirməyə çalışan qrup olur".

"Bu, siyasi mübarizənin pozulmuş təzahürünün nəticəsidir, cəmiyyətdə birliyin olmamasının nəticəsidir. Onilliklər ərzində ölkənin ictimai-siyasi həyatını zəhərləyən insanlar bunu davam etdirirlər”, - deyə deputat vurğulayıb./ Publika.az



Xəbər xətti