Rusiyalı hakerlər Ukrayna prezidenti Vladimir Zelenskini hədəf alıb.
Ukraynada dövlət televiziyasında prezidentin ölkəni təslim olmağa çağırdığı saxta mesaj yayımlanıb. Video qısa müddətli çaxnaşma yaratsa da, hücumun arxasında rus hakerlərin olduğu bəlli olub.
Sosial mediada qısa müddət ərzində minlərlə insan tərəfindən paylaşılan görüntülərin "Deepfake” üsulu ilə yaradıldığı açıqlanıb. Baş verənlərlə bağlı Zelenski, "Silahlarını atıb evlərinə qayıtmalarını xahiş edəcəyim kimsə varsa, o da rus əsgərləridir” deyə söyləyib. Ukrayna lideri fikirlərinə bu cür davam edib:
"Biz evdəyik, uşaqlarımızı və ailəmizi qoruyuruq. Ona görə də qələbəmizi qazanana qədər silahlarımızı yerə qoymayacağıq”.
Haker hücumuna məruz qalan "Ukrayna 24” telekanalı isə bunu "uşaq təxribatı” olaraq xarakterizə edib və nəzarətin geri alındığı bildirib.//Sfera.az