Zelenski Yaponiyada "G7" sammitinə gedəcək.
O, səfər zamanı Baydenlə də görüşəcək, bir sıra mühüm məsələləri müzakirə edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbəri Andriy Yermak məlumat verib: “Bəli, mən bunu təsdiq edə bilərəm. Yeddilik Qrupunun (G7) sammitində şəxsən iştirak edəcəyini təsdiqləyib".
Yermak həmçinin bildirib ki, Zelenski və ABŞ prezidenti Co Bayden beynəlxalq təyyarə koalisiyasının yaradılması və bir çox başqa məsələləri müzakirə etmək üçün yaxın günlərdə görüşəcəklər.
Məğrur,
Sitat.info