Məşhur müğənni İbrahim Tatlıses sevənlərinə yeni klip təqdim edib.
Sitat.info xəbər verir ki, sənətçi "Gözleri bela kız & Kara Üzüm Habbesi" adlı mahnısını ekranlaşdırıb.
İbrahimin vokalistliyini müğənnilər Günel Zeynalova, Ceylan və Yudum ediblər.
Klipdə Günel Zeynalova da yer alıb. Ekran işinin rejissorluğu Onur Oğuza həvalə edilib.