Bakının Tbilisi prospektində sürücülər arasında mübahisə yaranıb.
Sitat.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
“Toyota Prius” markalı 77-GS-319 dövlət nömrə nişanlı avtomobilin sürücüsü digər avtomobilin sürücüsünə qarşı qeyri-etik ifadələr səsləndirərək, nəqliyyat vasitəsinin şüşəsinə yumruq vurub.
Hadisənin baş vermə səbəbi isə bilinmir.
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sözügedən hadisədən məlumatlıdırlar:
“Məsələ ilə bağlı araşdırma aparılır”.