Nyu York çökür: Fəlakət gözlənilir

14:34 20 May 2023

ABŞ-da aparılan bir araşdırmada Nyu Yorkun üstündəki göydələnlərin ağırlığına görə hər il 1-2 millimetr çökdüyü bildirilib.

Sitat.info xəbər verir ki, bu araşdırmanı “Advancing Earth and Space Science” (AGU) junalı aparıb.

Jurnalda dərc edilən araşdırmada, xüsusilə Manhetten bölgəsindəki göydələnlərin şəhərin geoloji quruluşuna təsiri etdiyi aşkarlanıb. Məlum olub ki, 8 milyondan çox insanın yaşadığı Nyu-York şəhərinin bəzi hissələri göydələnlərin kütləsi səbəbindən hər il 1-2 millimetr dəniz səviyyəsinə doğru çökdüyü görünür.

Sözügedən dağılmanın kiçik miqyasda olduğunu, lakin şəhəri təbii fəlakətlərə qarşı həssas hala gətirdiyini vurğulanıb. “Sahil şəhərləri qlobal miqyasda böyüdükcə, artan tikinti intensivliyi və dəniz səviyyəsinin yüksəlməsi daşqın riskinin artması deməkdir”, - deyə xəbərdarlıq edilib./ Publika.az



Xəbər xətti