Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində son vəziyyəti və humanitar məsələləri müzakirə ediblər.
SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, Ərdoğan, atəşkəs elan olunacağı təqdirdə, davamlı həll yolunun mümkünlüyünü Putinin diqqətinə çatdırıb.
O, bəzi məsələlərdə uzlaşmaq üçün liderlər səviyyəsində görüşün əhəmiyyətinə toxunub və Putin və Ukrayna Prezidenti Vladimir Zelenskini İstanbul və ya Ankarada qəbul edə biləcəklərini bir daha vurğulayıb.