İstanbul meri Əkrəm İmamoğlunun son məhkəmə qərarı ilə əlaqədar istefası mayın 14-də keçiriləcək seçkilər öncəsi yenidən müzakirə mövzusuna çevrilib.
Sitat.info xəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyasının İstanbul Bələdiyyəsi qrupunun sözçüsü, vəkil Murat Türkulmaz sosial şəbəkədə son paylaşımında seçkidən sonrakı dövrə işarə edib.
Əkrəm İmamoğlunun Daxili İşlər Nazirliyi tərəfindən İstanbul bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılması ətrafında müzakirələr qarşıdan gələn seçkilərlə əlaqədar müvəqqəti olaraq səngiyib. Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi Kamal Kılıçdaroğlu qalib gələrsə, İmamoğlu Ankara Bələdiyyə Başçısı Mənsur Yavaşla birlikdə vitse-prezident vəzifəsini icra edəcək.
Hər iki bələdiyyə sədri Türkiyənin müxtəlif yerlərində mitinqlər keçirərək, “Millət Alyansı”nın seçki kampaniyasında fəal iştirak edərək səs qazanmağa çalışırdılar.
Hakim partiyanın İstanbul Bələdiyyə Qrupunun sözçüsü Murat Türkulmaz İmamoğlunun prezident seçkilərinin ikinci turunda da fəal rol oynayacağını deyib. Türkulmaz fikirlərini sosial şəbəkədəki paylaşımı ilə bildirib.
Türkulmaz Twitter hesabından açıqlamasında bunları deyib: “İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və onun administrasiyası ilə bağlı dosye kifayət qədər genişlənib. Seçkilər bitən kimi biz onlarla konkret məşğul olacağıq. Sizdən səbirli olmağınızı xahiş edirik...”
Dekabrın 14-də İmamoğlu ölkənin yüksək səviyyəli seçki məmurlarını təhqir etdiyinə görə 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm qüvvədə qalacağı təqdirdə o, bələdiyyə sədri postunu itirəcək.