Çavuşoğlundan pozitiv açıqlama: "Moskva Ukraynanın bu təklifinə etiraz etməyib"

18:46 17 Mart 2022

“Kollektiv təhlükəsizlik mövzusunda Ukraynanın təklifi olub. Bura BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Almaniya və Türkiyə daxildir. Dünən Moskvada buna bir etirazın olmamasını gördüm. Təbii ki, burada önəmli olan sadəcə tərəflərin deyil, həm də xalq üçün məqbul olan təkliflərin qəbul edilməsidir”.

Report xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.

“Bir mövzuda anlaşma üçün zəmin yaransa, görüşün baş tutma ehtimalı var. Ukrayna Prezidenti Volodimir Zelenski də bunu tez-tez dilə gətirir”, - nazir bildirib.



Xəbər xətti