NATO-nun şərqə doğru genişlənməsi Ukraynadakı hazırkı böhranla birbaşa əlaqəlidir, məsələnin tənzimlənməsinin açarı isə Vaşinqton və NATO-nun əlindədir.
Bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib.
O, qeyd edib ki, son onilliklərdə beynəlxalq məsələlər üzrə bir çox ekspertlər NATO-nun Rusiyaya qarşı gələcək genişlənməsinin böyük səhv olduğunu vurğulayıb:
“Ancaq təəssüf ki, ABŞ hakimiyyəti bunu görməzdən gəldi və NATO-nun şərqə doğru genişlənməsini davam etdirdi”.