Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirilib.
Sitat.info xəbər verir ki, ötən gün naməlum şəxs Gəncə şəhəri ərazisindəki kafelərdən birinə qumbara ataraq bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədib.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olması və onun Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub.
E.Nağıyev saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Bundan sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Elmir Nağıyev zərərsizləşdirilib.
Hadisə yerindən 1 ədəd əl qumbarası və və tapança götürülüb.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.