Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

17:07 21 May 2023

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Sitat.info xəbər verir ki, son sutkada infeksiyaya 5 yeni yoluxma faktı qeydə alınıb.

COVİD-19-a yoluxan 10 nəfər sağalıb, xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 732 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 386 nəfər müalicə olunaraq sağalıb, hazırda 74 aktiv xəstə var. Bu günə qədər 10 272 nəfər vəfat edib.



Xəbər xətti