Türkiyədə prezident seçkilərinin II turunda hansı namizədin seçiləcəyinə dair rəy sorğularının nəticələrinin açıqlanması davam edir.
Sitat.info Publika.az-a istinadən xəbər verir ki, müxtəlif şirkətlər tərəfindən keçirilən sorğuların əksəriyyətində Ərdoğan öndədir.
Son rəy sorğusu “AREDA Survey” şirkəti tərəfindən keçirilib.
Nəticələr belədir:
- Rəcəb Tayyip Ərdoğan: 52,4 faiz;
- Kamal Kılıçdaroğlu: 47,6 faiz;
10,491 nəfər arasında keçirilən sorğuya görə, iki namizəd arasındakı fərq 4,8 faizdir. Birinci turda fərq 4,6 faiz olub.