“Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var”.
Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında deyib.
Prezident qeyd edib ki, Azərbaycan təbii qaz hasilatını artırır: “Biz tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlanılacağını elan edəcəyik”.