Rusiya-Ukrayna müharibəsində kritik əhəmiyyətə malik olan Baxmut bölgəsi Rusiyanın nəzarəti altında idi. Kremlin sözçüsü Peskov Ukrayna təxribat qrupunun hədəfində olduğu deyilən bölgə ilə bağlı açıqlama verib.
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov, Ukrayna təxribat qrupunun Rusiyanın Belqorod bölgəsinə daxil olması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verildiyini ifadə edərək: “Təxribat qrupunun məqsədi diqqəti Baxmutdan yayındırmaq və Baxmutun itirilməsinin Ukraynaya siyasi təsirini azaltmaqdır", - deyə bildirib.
Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada Ukrayna ordusunun təxribat qrupunun Belqorod üzərindən Rusiya sərhədlərinə girməsi və bu qrupun zərərsizləşdirilməsi istiqamətində davam edən əməliyyatları dəyərləndirib.
Seymur Bənnayev
Sitat.info