Lukaşenko da cəzasız qalmadı: AŞ Belarusla əməkdaşlığı dayandırıb

21:30 17 Mart 2022

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, - kommünikedə deyilir.

Avropa Şurası Nazirlər Komitəsi, həmçinin Minsklə istənilən texniki əməkdaşlığı dayandırmaq niyyətindədir.



Xəbər xətti