Paşinyan NATO rəsmisi ilə görüşdü

16:30 23 May 2023

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Tərəflər regiondakı durum, o cümlədən Ermənistanla Azərbaycan arasındakı münasibətlər barədə danışıblar.

Onlar həmçinin Ermənistanla Alyans arasındakı münasibətləri müzakirə ediblər.



Xəbər xətti