Hindistanda hər kəsi təəccübləndirəcək hadisə yaşanıb.
Sitat.info xəbər verir ki, ölkənin Bihar əyalətində "soxulcan yağışı" yağıb.
Buna şahid olan sakinlər sözün əsl mənasında şoka düşüblər. Onlar baş verən hadisənin videosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Dövlət rəsmiləri bununla bağlı hələ ki, heç bir rəsmi məlumat verməyiblər.
Bu barədə yerli sakinlərə xəbərdarlıq edilib. Küçələrə çıxarkən çətirdən istifadə etmələrini, evlərinin qapı-pəncələrini açıq saxlamamaq tapşırılıb.
Hindistan mətbuatından isə soxulcan yağışı zamanı xəsarət alanın olmadığı bildirilib.