Qərbin Ukraynaya silah tədarükünün artan hissəsi bütün dünyaya yayılır.
Sitat.info xəbər verir ki, bunu çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov təhlükəsizlik üzrə ali nümayəndələrin beynəlxalq toplantısında deyib.
"Kollektiv Qərb bizi strateji məğlubiyyətə uğratmaq niyyətini gizlətmir. Kiyev rejimindən Rusiyaya NATO silahları ilə zərbə vurmaq üçün istifadə olunur. Eyni zamanda, Qərb təchizatının artan hissəsi - nəzarətsiz şəkildə bütün dünyada yayılır".
Lavrov vurğulayıb ki, Şimali Atlantika Alyansı ölkələri əslindəUkraynadakı münaqişədə Kiyevin tərəfində olmaqla birbaşa iştirak edir. "Faktiki olaraq NATO ölkələri birbaşa Kiyevin tərəfində münaqişədə iştirak edir. Bu cür məsuliyyətsiz xətt nüvə güclərinin birbaşa hərbi toqquşması təhlükəsini xeyli artırır".
Rusiya xarici işlər naziri qeyd edib ki, Kreml Qərb paytaxtlarına belə bir ssenarinin yolverilməzliyi barədə siqnallar göndərirlər lakin bu siqnallar ya diqqətdən kənarda qalır, ya da təbliğat məqsədi ilə kobud şəkildə təhrif edilir.
Nərgiz,
Sitat.info