Əhməd Obalıya hücumun arxasında Pəhləvilər də ola bilər - Sayman Aruz

14:00 24 May 2023

"Biz Amerika dövlətindən məsələyə aydınlıq gətirməsini tələb ediirik. Çünki milli hərəkat, milli fəallar bu məsələdə müxtəlif fikirlər səsləndirirlər, fikir ayrılığı yaranır, cəbhələr bölünür. düşmənçiliklər yaranır. Biz bu məsələni ortalıqdan qaldırmaq üçün, həmrəliyi təmin etmək üçün Amerika məsələyə ciddi aydınlıq gətməsinı ehtiyacımız var.  Açıqlamalar verilsin və biz də onu olduğu kimi qəbul edək. Terror aktıdırsa terroru lənətləyirik, deyilsə hücumu lənətləyirik. İnsan canına bu şəkildə qəsd qəbuledilməzdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında Əhməd Obalıya hücumla bağlı danışan  güneyli yazıçıSayman Aruz deyib. 

O bildirib ki, bu məsələni fərqli şəkildə təqdim edirlər: " Əhməd Obalının orada oteli, ya da restoranı var. Müştərilərlə aralarında yaranmış problemə görə də ola bilər.  Dəqiq bilmirəm, amma oxudum və orada ola bilsin müştərilərlə problemi olsun. Deyilənə görə, orada Əhməd bəyin qohumları var. Aralarında narazılıq olub. Amma bunlar hər halda versiyalardır. Heç biri təsdiqini tapmayıb, amma deyirlər. Biz də belə hesab edirik ki, Əhməd bəy siyasi  fəaliyyətlə məşğul idi deyə, birbaşa fars-molla hakimiyyətini hədəfə alırdı dey,ə Əhməd bəyə edilən hücumların arxasında İran ola bilər. İran terror aktlarını hər zaman güllə ilə törətmir. Mənim özümə və ailəmə edilən əxlaqsız və namussuzcasına  hücumlar var idi. İllərdirki yazırlar,  o da mənəvi və şəxsiyyəti terror idi. Eyni zamanda İran terror edəndə dolayı yollarla edir. Yəni kimlərisə təsiri altına salır, onun düşüncə və duyğularıyla oynayır. Kiməsə qarşı plan hazırlayır və  həmin adamı öldürür, ya xəsarət yetirir, ya da evini yandırırlar və s. Əməli törədən adam bilmir ki kimlərin vasitəsilə maşaya çevrilib".

S.Aruzun sözlərinə görə, ola bilər ki Əhməd bəyin işində İranın əlinin olması il bağlı hansısa fakt tapılsın: "Orada Pəhləvilərlərlə,  Əhməd bəy arasında ziddiyyət var idi. Onlar heç də Cənubi Azərbaycanı sevmirlər və bizə münasibətləri olduqca düşməncəsindir. Hətta mən deyərdim bizə  fars-molla hakimiyyətindən də daha pis münasibət bəsliyirlər. Əhməd bəyə hücumun arxasından onlar da ola bilərlər. Dolayı yolla araşdırırlar, kimin Əhməd bəylə problemi varsa həmin adamı təsiri altına salırlar və həmin adamı Əhməd bəyin üzərinə qaldırırlar".

Səid İsaoğlu,

Sitat.info 

 



Xəbər xətti