“Biz G7 ölkələrinin xarici işlər nazirləri ilə Ukrayna və bu ölkədən qaçan qaçqınlara humanitar dəstəyi artırmağa çağırırıq”.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter hesabında yazıb.
“Biz hamımız Rusiyanı təcrid etmək və Putin müharibəsinin dağıdıcı nəticələrini dayandırmaq üçün səylərimizi davam etdirməliyik”, - Aİ-nin ali nümayəndəsi qeyd edib.