Kiyevdən son xəbərlər: Gecə saatlarında...

01:05 18 Mart 2022

Ötən gün paytaxt Kiyevdə bir neçə dəfə həyəcan siqnalı səsləndə də, ümumən sakitlik hökm sürüb.

Bir sutkalıq sükut günü yerli vaxtla saat 08.00-da başa çatdığından əhalinin sərbəst hərəkəti üçün problem olmayıb.

Musavat.com bu barədə Kiyevdəki etibarlı mənbəyə istibadən bildirir. Gecə saatlarında isə Kiyevin Svtatoşinski rayonunda partlayış səsləri eşidilib. Rus ordusunun atdığı mərmilər anbarlarda yanğınlara səbəb olub.

Həmçinin iki avtomobil yanğına məruz qalıb. Hadisə nəticəsində iki nəfər həlak olub. Xəbəri Ukrayna FHN-i təsdiqləyib.



Xəbər xətti