Priqojin Putini tənqid atəşinə tutdu

11:31 25 May 2023

Rusiyada qatı millətçi cəbhənin dəstəklədiyi muzdlu ordu olan “Vaqner”in rəisi Priqojin Rusiyanın yüksək rəhbərliyini yaylım atəşinə tutub. 

Ukraynanın Rusiyanın əməliyyatı sayəsində güclü orduya malik ölkəyə çevrildiyini bildirən Priqojin, Rusiyanın təhlükəsizliyini təmin etməkdə də uğursuzluğa düçar olduqlarını deyib.

Ukrayna müharibəsində Rusiya adından Donbas cəbhəsindəki Baxmut qəsəbəsini ələ keçirən komandir kimi tanınan “Vaqner” muzdlu ordusunun rəisi Yevgeni Priqojin prezident Vladimir Putinin adını çəkmədən Rusiyanın yüksək rəhbərliyini sərt tənqid edib. Priqojin Kreml Sarayına sərt şəkildə bildirib ki, Rusiyanın bir ildən artıqdır ki, davam edən hərbi əməliyyatı bəyan etdiyi məqsədlərin heç birinə nail olmayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti