"Amazon" və "Google"a süni intellektlə bağlı xəbərdarlıq edilib

11:37 25 May 2023

ABŞ-ın San-Fransisko şəhərində "Goldman Sachs Group" və *SV Angel" tərəfindən təşkil edilən "AI' Forward" tədbirində çıxış edən "Microsoft" qurucusu Bill Qeyts süni intellekt texnologiyasının yaxın illərdə "Google" və "Amazon" kimi şirkətlərin sonunu gətirə biləcəyini söylədi.

İnsanlar üçün bəzi vəzifələri yerinə yetirə biləcək fərdi rəqəmsal köməkçi hazırlayacaq şirkətin böyük ehtimalla süni intellekt yarışında qalib gələcəyini müdafiə edən Qeyts: “Bu, böyük bir şey olacaq. Çünki insanlar bir daha heç vaxt axtarış sistemlərindən istifadə etməyəcəklər. Bir daha Amazona getməyəcək", - deyə qeyd edib.

Kənan

Sitat.info



Xəbər xətti