Sabah ABŞ və Çin rəhbərləri Cozef Baydenlə Si Cinpin arasında telefon danışığı olacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Psakinin sözlərinə görə, danışıqlar martın 18-də baş tutacaq.
Sözçü qeyd edib ki, liderlər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
"Telefon danışığı Vaşinqton və Pekin arasında rabitə kanallarını açıq saxlamaq səylərinin bir hissəsidir", - Psaki əlavə edib.
"Prezident Bayden sabah (ÇXR) sədri Si (Cinpin) ilə danışıqlar aparacaq və açıq şəkildə bildirəcək ki, Çin Rusiyanın təcavüzünü dəstəkləmək üçün atacağı istənilən addıma görə məsuliyyət daşıyacaq", - bunu isə ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə bildirib.