Ukraynadan Afrika ölkələrinə çağırış: Neytrallıqdan əl çəkin!

12:24 25 May 2023

Ukrayna Afrika ölkələrini Rusiya ilə davam edən müharibədə neytrallıqdan imtina etməyə çağırıb.

Sitat.info xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dimitro Kuleba Afrika ölkələrini Rusiya ilə davam edən müharibədə neytrallıqdan əl çəkməyə çağırıb.

Efiopiyanın paytaxtı Əddis Əbəbədəki rəsmi təmaslarından sonra açıqlama verən Kuleba, Rusiyanın ölkəsinə hücumuna qarşı Afrika ölkələrindən dəstək istəyib.

Kuleba: "Qərəzsizlik həll yolu deyil. Rusiyanın Ukraynaya aqressiv davranışına qarşı tərəfsiz qalmaqla, sərhəd pozuntularına və ətrafınızda baş verə biləcək kollektiv cinayətlərə qarşı tərəfsizliyə işarə edirsiniz", - deyə bildirib.

Ukrayna və Afrika ölkələrinin bir-biri üçün əhəmiyyətli olduğunu vurğulayan Kuleba həm ölkəsinin, həm də Rusiyanın Afrika ölkələrinə əhəmiyyətli miqdarda taxıl təmin etdiyini xatırladıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti