Rusiyadan təxribat bəyanatı: Nüvə obyektləri hədəfə alınıb

12:33 25 May 2023

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nüvə obyektlərinin təxribat cəhdinin qarşısını aldığını açıqlayıb.

Sitat.info xəbər verir ki,Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin qruplarının Leninqrad Atom Elektrik Stansiyasına və Kalininqrad Atom Elektrik Stansiyasına qarşı təxribat cəhdlərinin qarşısı alındığını açıqlayıb.

FTX-dən verilən açıqlamada deyilir: "Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna Xüsusi Təyinatlı Qüvvələri tərəfindən planlaşdırılan nüvə enerjisi obyektlərinə terror hücumunun qarşısını alıb. Terrorçular Leninqrad Atom Elektrik Stansiyasının 4 elektrik xətti dirəyini və Kalininqrad Atom Elektrik Stansiyasının 7 dirəyinə partlayıcı yerləşdiriblər".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti