Rusiyanın müdafiə naziri Sergey Şoyqu nəhayət Belarusa “təzyiq” edib və Minskə bugünkü səfəri çərçivəsində Rusiya nüvə silahlarının Belarusda saxlanması prosedurunu müəyyən edən sənədləri imzalayıb.
Sitat.info xəbər verir ki, bu, Şoyqu ilə Belarusun müdafiə naziri Viktor Xrenin arasında görüş zamanı baş verib.
Məlumata görə, tərəflər dövlətin hərbi-texniki əməkdaşlığı məsələlərini müzakirə edib, həmçinin "nüvə ilə bağlı" sənədlər imzalayıblar.
"Görüş zamanı Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb".
Eyni zamanda, Kurrent Time qeyd edir ki, Şoyqu görüş zamanı nüvə silahının istifadəsi və nəzarəti ilə bağlı qərarın Rusiyada qalacağını vurğulayıb.
“Rusiya nüvə silahını Belarus Respublikasına vermir: onlara nəzarət və onların istifadəsi ilə bağlı qərar Rusiya tərəfində qalır”.
Öz növbəsində Xrenin xatırladıb ki, Belarus Respublikası “dost olmayan ölkələrin təcavüzkar siyasətinə” cavab olaraq öz ərazisində qeyri-strateji nüvə silahlarının yerləşdirilməsinə razılıq verib.
Bundan əvvəl Rusiya Federasiyası və Belarus Belarusda 2023-cü il iyulun 1-dək başa çatdırılmalı olan nüvə anbarının birgə tikintisinə dair razılığa gəliblər. O zaman Rusiya lideri Putin bildirib ki, Moskva Belarusda taktiki nüvə silahı daşıya bilən 10 təyyarə də yerləşdirib.
Ayna Fərhad,
Sitat.info