Kremlə PUA hücumunu kim edib? - ABŞ

13:19 25 May 2023

ABŞ kəşfiyyatı Kremlə PUA hücumunda ukraynalıların əli ola biləcəyinə inanır.

Sitat.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, ABŞ kəşfiyyatı bir-birini Kremlə hücumda ittiham edən Ukrayna rəsmilərinin danışıqlarını ələ keçirib.

Dinlənilən bəzi danışıqlarda Ukrayna hərbi və kəşfiyyat sahəsinin nümayəndələri hücumun xüsusi əməliyyat qüvvələri tərəfindən həyata keçirildiyini ehtimal etdiklərini bildiriblər.

Lakin ABŞ kimin məsuliyyət daşıdığına dair qəti bir nəticəyə gələ bilməyib və hadisənin arxasında Ukrayna qrupunun ola biləcəyinə “az əmindir”.



Xəbər xətti