Türkiyədə xarici vətəndaş qətlə yetirilib

14:47 25 May 2023

Türkiyədə, Esenlərdə yaşayış binasında baş verən yanğını söndürərkən xilasedicilər mənzildə ayaqları və ağzı bağlı kişi meyidi aşkarlayıblar.

Sitat.info xəbər verir ki, hadisə ötən gün axşam saat 9 radələrində Kəmər məhəlləsi 903 küçəsində yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsində baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər qısa zamanda yanğının qarşısını alıblar. Bu zaman mənzildə kişi meyidi aşkar edilib. 

Polislərin hadisə yerinə baxış keçirmələri nəticəsində meyidin kimliyi təsdiq olunub. Polisin məlumatına görə o, Pakistan əsilli 42 yaşlı Məhəmməd Tahir Xandır.

İlkin ehtimallara görə, yanğın hadisəsi Xana məxsus sənədlərin elektrik qızdırıcısının üzərinə atılması nəticəsində baş verib.
Məhəmməd Tahir Xanın cəsədi Ədliyə Tibb qurumuna sövq edilib.

Hadisə ilə bağlı polisin araşdırması davam edir.

Ayna Fərhad,

Sitat.info
 



Xəbər xətti