İlham Əliyevə təbriklər davam edir

15:19 25 May 2023

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sitat.info məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident!

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Allahdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyir, ölkənizə və xalqınıza daha böyük tərəqqi və firavanlıq, ölkələrimiz arasında fəxr etdiyimiz əlaqələrin daha da inkişafını arzulayıram.

Xahiş edirəm, ən xoş arzularımı qəbul edin".

***

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın möhkəmlənməsinə şəxsi dəstəyinizə və töhfənizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu il xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan xalqı ölkənin tərəqqisi və inkişafında mühüm xidmətləri olan uzaqgörən lider Heydər Əliyevin 100 illiyini qeyd edir.

Əziz dost, əməkdaşlığımızın dövlətlərimiz, xalqlarımız üçün daha böyük uğurlar gətirəcəyini səbirsizliklə gözləyirik.

Sizə sülh, tərəqqi və uğurlarla zəngin gələcək arzulayıram. Qoy Azərbaycan bundan sonra da çiçəklənsin və inkişaf etsin!"



Xəbər xətti