Üç ölkənin səfirləri Rusiya XİN-ə çağırıldı

15:58 25 May 2023

Danimarka, Almaniya və İsveç səfirlərini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat verilib.

Məlumata görə, diplomatlara “Şimal axını”da baş verən partlayışların araşdırılması ətrafında yaranmış vəziyyətlə bağlı etiraz edilib.

Moskva Almaniya, Danimarka və İsveçdən boru kəmərlərində təxribatın obyektiv araşdırılmasını tələb edib.



Xəbər xətti