Bu həftəsonu 3 gün qeyri-iş günü olacaq

17:43 25 May 2023

28 May Müstəqillik Günü ilə əlaqədar bu həftəsonu ardıcıl 3 gün iş olmayacaq.

Sitat.info xəbər verir ki, 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq.

Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.



Xəbər xətti