Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsul 3 dəfədən çox artıb.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib.
Prezidentin sözlərinə görə, xarici borc ümumi daxili məhsulun 9 faizdən az hissəsini təşkil edir və ildən-ilə azalır.
“Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir”, - Prezident İlham Əliyev əlavə edib.
Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün qarşıda duran əsas məsələlərdən biri ixracın şaxələndirilməsidir.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda işsizlik səviyyəsinin cəmi 5 faiz olmasına baxmayaraq, ölkə əhalisinin sayı 30 il ərzində 7 milyondan 10 milyona çatıb ki, bu da yeni iş yerlərinin yaradılması üçün aktiv fəaliyyət tələb edir.