On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.
Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı söyləyib.
Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bunun xüsusilə vacib olduğunu deyən dövlət başçısı bildirib ki, artıq bir neçə ildir Bakıda bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir