Finlandiya Ukraynaya 16-cı dəstək paketini təsdiq edib

20:45 25 May 2023

Finlandiya hökuməti Ukraynaya edilən yardımlar çərçivəsində 16-cı müdafiə dəstək paketinin göndəriləcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Finlandiya hökumətindən verilən yazılı açıqlamada yardımın Finlandiya prezidenti Sauli Niinistö tərəfindən təsdiqləndiyi bildirilib.

Sözügedən yardımın Ukraynaya göndəriləcək 16-cı dəstək paketi olduğuna diqqət çəkən açıqlamada: "Yardım, digərləri arasında zenit silahları və sursatları da əhatə edir. Bu yardımın Finlandiyaya 109 milyon Avroya başa gələcəyi təxmin edilir", - qeyd olunub. 

Kənan

Sitat.info



Xəbər xətti