Yaponiyada silahlı hücum: 3 ölü, 1 yaralı

21:00 25 May 2023

Yaponiyada naməlum şəxsin odlu silah və bıçaqla hücumları nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Yaponiyanın Naqano əyalətinin mərkəzində üzünü maska və gün eynəyi ilə gizlədən şəxs odlu silah və bıçaqla insanlara hücum edib. Hadisə nəticəsində biri qadın, 2-si polis olmaqla 3 nəfər aparıldıqları xəstəxanada həyatını itirib, 1 nəfər isə yaralanıb. Hücum edən şəxsin bir binada gizləndiyi öyrənilib.

Ayna Fərhad

Sitat.info



Xəbər xətti